Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə humanitar dəhliz təşkili təşəbbüsünü müzakirə etmək üçün telefonla danışmağı planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” adlı iki günlük konfransla bağlı keçirdiyi mətbuat brifinqində səsləndirib.
“Konfransın əsas nəticələrindən birini Rusiya və Ukrayna Ombudsmanlarının keçmiş görüşləri adlandırmaq olar. Müsbət getdilər. Biz prezidentimizə taxıl dəhlizi təşəbbüsünü inkişaf etdirməyi təklif etdik. O, bu istiqamətdə işlərin aparılması barədə göstəriş verib. Bu gün və ya sabah prezidentimiz Putin və Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır”-deyə, o bildirib.
Qeyd edək ki, 41 ölkənin ombudsmanlarının iştirak etdiyi konfrans çərçivəsində Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinetsin üçtərəfli görüşü keçirilib.