AZ   |   RU
"Mən böyük dost Hulusi Akarla söhbət etməkdən xoşbəxtəm" - Ukrayna müdafiə naziri

Türkəyin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.

Missiya.Az
"RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Reznikov özünün "tviter" hesabında məlumat yayıb.

“Mən böyük dost, Türkiyənin milli müdafiə naziri Hulusi Akarla söhbət etməkdən xoşbəxtəm”, - deyə Reznikov vurğulayıb.

Ukraynalı nazir bildirib ki, onlar regional təhlükəsizliyin təmin edilməsi üçün növbəti addımları müzakirə ediblər.

Reznikov Türkiyəyə Ukraynanı daim dəstəklədiyinə və Ankara-Kiyev əməkdaşlığına sadiqliyinə görə təşəkkür edib.


Daşqın Həsənov
Missiya.Az


  • 11-01-2023, 20:36