AZ   |   RU
Roma Papası İrandakı edamlardan danışdı

Roma Papası nəhayət İranda baş verən ümumxalq etirazları ilə bağlı sükutu pozdu.

Missiya.Az
Reuters agentliyinə istinadən xəbər verir ki, Dünya katoliklərinin lideri Papa Fransisk İran rejiminin etirazçıları edam etməsini tənqid edib. 

“Ölüm cəzası dövlət ədaləti üçün istifadə edilə bilməz, çünki bu, məhdudlaşdırıcı faktor deyil və qurbanlar üçün ədaləti təmin etmir, yalnız qisas istəyini artırır”- deyə Roma Papası bildirib.

O, Milad bayramı münasibətilə etdiyi çıxışında ilk dəfə olaraq İranı "barışığa" çağırıb. 

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 10-01-2023, 15:23