Birləşmiş Ştatlar iğtişaşlardan sonra Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun ölkədən ekstradisiyasını tələb edib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Braziliyanın “Globo telekanalı” məlumat yayıb.
“Ən azı beş ABŞ konqresmeni Jair Bolsonaronun ABŞ-dan ekstradisiyasına çağırıb. Siyasətçilər üçün Braziliyanın keçmiş prezidenti bu bazar günü Braziliyada baş verən terror aktlarına görə məsuliyyət daşıyanlardan biridir”, - deyə telekanalda bildirilib.
Demokratlar Partiyasının Texas ştatından olan nümayəndəsi Xoakin Kastro deyib ki, Bolsonaro “cinayətlərinə görə məsuliyyətdən gizləndiyi” Floridada olmamalıdır.
Zərintac MAYİSQIZI
Missiya.Az