Qazaxıstanda qar fırtınası və soyuq hava səbəbindən şəhərlərarası yollar nəqliyyatın hərəkətinə bağlanıb, məktəblər distant təhsilə keçib.
Missiya.Az Türkiyə Kiv-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ölkədə paytaxt Astana da daxil olmaqla 11 ştatda buzlanma və çovğun xəbərdarlığı edilib.
Məlumatda bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar son 24 saat ərzində 37 şəhərlərarası yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Təhsil Nazirliyinin verdiyi açıqlama ilə ölkənin bir çox bölgəsində distant təhsilə başlanılıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az