AZ   |   RU
ABŞ-dan PKK/YPG-nin Suriyadakı bazalarına yeni hərbi yardım göndərib

ABŞ ordusu son 3 gündə İraq ərazisi üzərindən Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Həsəkə əyalətindəki baza və hərbi məntəqələrə 100-ə yaxın maşından ibarət hərbi və logistik gücləndirmə karvanları göndərib.

Missiya.Az 
“Anadolu İnformasiya Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ-a aid əlavə qüvvələr yanvarın 6 və 8-də İraq-Suriya sərhədindəki əl-Valid sərhəd-keçid məntəqəsi vasitəsilə Həsəkəyə daxil olub.

Sözügedən terror təşkilatının işğal etdiyi Rumeylan, Şəddadi və Təl-Beydər yaşayış məntəqələrində ABŞ qüvvələrinin baza və hərbi məntəqələrinə çatan 100-ə yaxın avtomobil karvanında zirehli hərbi maşınlar, yanacaq tankerləri və çoxlu sayda sursat var.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 9-01-2023, 17:51