AZ   |   RU
Biz NATO adından vuruşuruq - Ukraynanın müdafiə naziri

Kiyev NATO-nun ona tapşırdığı missiyanı yerinə yetirmək üçün qan töküb və bunun müqabilində “sivil Qərb”dən silah və sursatla təminat gözləyir 

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu sözləri, Ukraynanın müdafiə naziri Aleksey Reznikov yerli televiziya kanalına müsahibəsində deyib.

Ötən ilin yayında Madrid sammitində NATO-nun Rusiyanı ABŞ-ın rəhbərlik etdiyi bloka ən böyük təhlükə elan etdiyini qeyd edən Reznikov, “Bu gün Ukrayna bu təhlükəni aradan qaldırır. Bu gün biz onların qanını tökmədən NATO-nun missiyasını yerinə yetiririk. Biz qanımızı tökdük, ona görə də onlardan silah vermələrini gözləyirik” deyib.

Reznikov həmçinin iddia edib ki, NATO-dakı həmkarları həm çıxışlarında, həm də SMS mesajlarında ona Ukraynanın “sivilizasiyanın qalxanı” olduğunu və “bütün sivil dünyanı, bütün Qərbi müdafiə etdiyini” deyiblər. 

Aqil Musa
Missiya.Az

  • 9-01-2023, 11:49