AZ   |   RU
Xankəndi ermənilərinin son çırpıntıları - Vardanyan problemlərdən danışdı


"Biz hamımız eyni qayıqdayıq. Nəyimiz varsa, bölüşməli, paylaşmalıyıq".

Missiya.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Xankəndi separatçılarının "dövlət naziri" kimi adlandırılan dələduz Ruben Vardanyan bu gün Facebook səhifəsində açdığı canlı yayım zamanı deyib.

Xankəndidəki problemlərdən söz açan Vardanyan vəzəiyyətin getdikcə daha da ağırlaşdığına işarə edərək insanlar arasında paşıpozuqluq hallarının armasından danışıb. O deyib ki, bəziləri ehtiyatında olan yanacağı çörəklə dəyişir: "Buna yol vermək olmaz. Əslində yanacağı operativ qərargaha təhvil verməliydilər" deyə, Vardanyan bildirib.

Təxribatçı milyarder mağaza sahiblərindən də gileylənib. Onun sözlərinə görə, mağaza sahibləri ərzaqı ancaq öz qohumları və tanışlarına satırlar:

"Bu da qəbuledilməz haldır. Deməliyəm ki, vəziyyət çox ciddidir və biz hər şeyi paylaşmalıyıq. İnsanların bir sıra sualları var ki, onlar da əsasən ərzaqın paylanması və talonlarla bağlıdır" - deyə, Vardanyan qeyd edib. 

Elcan
Missiya.Az




  • 8-01-2023, 18:28