AZ   |   RU
Ukrayna erməni artistlərə də sanksiya tətbiq etdi - 10 illik qadağa


Ukrayna Rusiya Federasiyasının bir sıra sənətçilərinə qarşı 10 il müddətinə yeni sanksiyalar tətbiq edib. 

Missiya.Az
UNİAN-a istinadən xəbər verir ki, Prezident Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, sanksiyaya məruz qalan şəxslərin Ukraynadakı aktivləri bloklanacaq. Bundan əlavə, onlarla ticarət əməliyyatları dayandırılacaq, bütün lisenziyalar və ya icazələr ləğv ediləcək, qiymətli kağızlarla əməliyyatlar və müəllif hüquqlarının ötürülməsi qadağan ediləcək. 

Sanksiyaya məruz qalanlar arasında erməni əsilli rusiyalı yumoristlər Mixail Qalustyan, Yevgeni Petrosyan, rejissor Nikita Mixalkov, erməni əsilli müğənni İrina Alleqrova, Azərbaycana qarşı xüsusi qərəzi ilə seçilən jurnalist Marqarita Simonyan və Rusiyanın digər tanınmış mədəniyyət xadimləri də var.

Qeyd edək ki, qadağalara məruz qalmlş Mixail Qalustyan uzun illər Zelenski ilə dostluq münasibətlərində olub və onlar bir sıra yumoristik layihələrdə birgə iştirak ediblər.

Elcan
Missiya.Az




  • 8-01-2023, 17:54