AZ   |   RU
Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən daha ikisinin kimliyi bilinib


Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.

Missiya.Az
xəbər verir ki, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyənləşdirilib. 

Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.

Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.

Kamran Allahverdiyevin xalası əməkdaşımızla söhbətində Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.

  • 5-01-2023, 23:29