Türkiyə və Bolqarıstan arasında illik 1,5 milyard kubmetrə qədər təbii qaz ötürülməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Haber Türk" telekanalı məlumat yayıb.
Enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib ki, bu müqavilənin müddəti 13 ildir: "İldə təxminən 1,5 milyard kubmetr qaz nəql olunacaq. Bu, başda Bolqarıstan olmaqla Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək, eyni zamanda Türkiyənin qaz mərkəzinə çevrilməsi üçün atılan mühüm addımlardan biridir”.