“Qarabağ”ın futbolçusu Qaspar Panadero ölkəsi İspaniyaya yollanıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, yarımmüdafiəçinin səfərdə məqsədi özünə yeni komanda tapmaqdır.
Azərbaycan klubu 25 yaşlı oyunçuya onunla maraqlanan komandalarla danışıq aparmaq icazəsi verib. Panadero ilk olaraq Sequnda təmsilçisi “Luqo” ilə mümkün keçidi müzakirə edəcək. Futbolçu aşağı liqanın digər komandalarının təklifini də dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, Qaspar Panaderonun “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.