Xərçəng xəstəliyindən sağalan Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Sebastyan Aller məşqlərə başlayıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu uzun fasilədən sonra bu gün fərdi hazırlıq keçib.
Fil Dişi Sahili yığmasının forvardı tezliklə kollektivə qoşulmaq istədiyini açıqlayıb: “2022-ci il asan il olmadı. Lakin məni 2023-cü ilin təklif edəcəyi bütün yeni çağırışlarına hazırladı. Komandaya qoşulmaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, ötən ilin iyulunda xərçəng diaqnozu qoyulan Sebastyan Aller iki dəfə əməliyyat olunub.