AZ   |   RU
Günel Zeynalovanın səhhətində problem yaranıb – “Siz də özünüzü qoruyun”
 
Türkiyədə yaşayan azərbaycanlı məşhur ifaçı Günel Zeynalovanın (Azəri Günel) səhhətində problem yaranıb.  

Missiya.Az
xəbər verir ki, bu barədə müğənninin özü instaqram hesabında paylaşım edib. 

Sənətçi öz şəkilini paylaşaraq üzərində,  “Xəstəlik səbəbindən özümə sistem qoşdurmağa gedirəm. Siz də diqqət edin. İnanılmaz bir virus var”-sözlərini yazıb.

Qeyd edək ki, Günel Zeynalova dekabrın 31-də Bakının dəbli məkanlarından birində konsert verməyə hazırlaşır.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 29-12-2022, 13:04