AZ   |   RU
Almaniyalı deputat hökuməti Ukraynaya görə qınayıb

“Almaniyada Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək niyyəti  yoxdur, amma Kiyevdə hərbi təchizatın köməyi ilə qələbəyə nail olmaq istəyi var”.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Bundestaqın deputatı Sara Vaqenknext söyləyib.

“Bir dəfə nümayişdə çox yaxşı bir poster gördüm. Üzərində yazılıb: “Silah verən hər kəs müharibə istəyir. Əks halda diplomatlar göndərərdi”. Düşünürəm ki, bu, çox dəqiq bir qeyddir”, - deyə Sara Vaqenknext bildirib.

O, vurğulayıb ki, bir sıra yüksək rütbəli məmurlar Kiyevin bu münaqişədə qələbəsinin zərurət olduğu mövqeyindədir, ona görə də hərbi təchizatı genişləndirmək lazımdır.

"Sülh istəyi və münaqişənin diplomatik yolla həlli birdən-birə ümidsizcə köhnəlmiş üsul hesab olunmağa başlayıb", - deputat qeyd edib.
Siyasətçi əlavə edib ki, Kiyevə getdikcə daha çox silah verilməsi vəziyyəti yaxşılaşdırmayacaq.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 28-12-2022, 17:35