Ukraynanın Baxmut şəhərinin ətrafı rus əsgərlərinin nəhəng kütləvi məzarlığına çevrilib.
Missiya.Az "UNİAN"a istinadən xəbər verir ki, bu barədı “DEAD RYSNYA" Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Baxmut ətrafındakı bütün torpaq işğalçıların cəsədləri ilə doludur.
Jurnalist Denis Kazanski əlavə edib ki, Rusiyanın Baxmut istiqamətində itkilərini təsəvvür etmək çətindir.
"Hər yer rusların cəsədləri ilə doludur. Ümumiyyətlə, nə cür itkilər olduğunu təsəvvür etmək belə çətindir. Onların cəsədləri döyüş meydanındadır, evakuasiya yoxdur. ABŞ silahları həqiqətən dəhşətli bir şeydir", - deyə Kazanski vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az