"ABŞ prezidenti Co Baydenin mümkün ölümü ölkə üçün faciəvi nəticələrə gətirib çıxaracaq".
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə "19FortyFive" nəşri məqalə yazıb.
Məqalədə Baydenin yaşının ciddi risklər nəzərdə tutduğu bildirilir.
“Baş verə biləcək ən pis şey Baydenin vəzifə borcunu yerinə yetirərkən ölməsidir. Bu, ölkəni geriyə itələyən ciddi faciə olar”, - deyə məqalədə vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, hazırda Demokratlar Partiyasında Baydeni vəzifədə əvəz edə biləcək namizədlər yoxdur.
Daşqın Həsənov
Missiya.Az