"Səfərbər edilmiş hər dörd rus əsgərindən biri cəbhəni tərk etməyə çalışır. Onlar təkbaşına və ya mütəşəkkil qruplar halında qaçmağa hazırdırlar".
Missiya.Az "UNİAN"a istinadən xəbər verir ki, bu sözləri "FREEDOM" telekanalının canlı efirində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
Yusov bildirib ki, məlumat Ukrayna kəşfiyyatı tərəfindən zənglərin dinlənilməsi nəticəsində əldə edilib.
"Söhbət Rusiya prezidenti Vladimir Putinin hazırladığı bu "ətçəkən maşın"a düşməmək üçün arbaletlərdən və korrupsiyadan gedir. Qismən səfərbər olan hər dörd nəfərdən biri bu cür cəhdləri - cəbhədən qaçmağı ya düşünür, ya gedir, ya da artıq bunu edib", - deyə ukraynalı kəşfiyyatçı vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az