AZ   |   RU
“Ukraynaya əlidolu qayıdıram, xoş xəbərlərim var” - Zelenski ABŞ-dan 45 milyardlıq yardım gözlədiyini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Ukraynaya xoş xəbərlərlə, xüsusən də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə dair məluamatlarla qayıtdığını bildirib.

Missiya.Az
Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski qarşıdakı aylarda müdafiə imkanlarını necə gücləndiriləcəyi ilə bağlı aydın anlayışlarının olduğunu deyib: “Bu gün bu barədə ətraflı danışmaq istəmirəm, məncə, bunun səbəbini başa düşdünüz. Lakin mən buna görə prezident Baydenə çox minnətdaram”, - deyə Zelenski ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransında bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, bu gün onun danışıqlarının əsas məsələsi Ukraynanın güclənməsidir:

“Prezident Bayden bu gün Ukraynaya 2 milyard dollarlıq yeni yardım paketi elan etdi və bu paketin ən güclü elementi Patriot paketidir ki, bu da hava hücumundan müdafiə sistemimizi xeyli gücləndirəcək. Bu, Ukrayna üçün effektiv hava qalxanının yaradılması istiqamətində mühüm addımdır”, - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti bildirib ki, Baydenlə görüşdə Ukraynanın dağılmış infrastrukturunun, ilk növbədə enerjinin bərpası, həmçinin Rusiyaya qarşı növbəti sanksiyalar və hüquqi təzyiqlər də müzakirə edilib:

“Bu müharibənin 300 günü ərzində biz Ukrayna ilə ABŞ arasında münasibətlərimizdə yeni mərhələyə başladıq, 100% real məzmunla dolu olan real müttəfiqlik səviyyəsinə çatdıq. Bu gün mən bunu bütün görüşlərimdə, bütün danışıqlarımızda hiss etdim” - deyə, Zelenski vurğulayıb.

Zelenski ABŞ Konqresinin Ukraynaya təxminən 45 milyard dollar məbləğində maliyyə dəstəyi paketi təqdim edəcəyinə ümid etdiyini də bildirib.

Elcan
Missiya.Az


  • 22-12-2022, 11:22