AZ   |   RU
Anna Akobyana məxsus şirkətdə vergi cinayəti

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus “Mer Tiparan” MMC 2020-ci ildə fəaliyyəti dövründə qanunla müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirməyib. 

Missiya.Az
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Nikol Paşinyan kassa aparatlarının qəbzləri və vergilərin ödənilməsi ilə bağlı çoxlu çıxışlar edib. Hətta bununla bağlı Milli Təhlükəsizlik Xidmətinə göstəriş verib, amma əslində o, öz həyat yoldaşına vergi öhdəliklərinin yerinə yetirilməli olduğunu başa sala bilməyib. Sən baş nazirin arvadısan, yoxsa iri oliqarx?”, - deyə qəzet yazıb.


Aqil Musa
Missiya.Az


  • 22-12-2022, 09:50