"Hər dəfə Bakıya gələndə mən həqiqətən də böyük tərəqqinin şahidi oluram".
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
"Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycandan olan birisi üçün bu, bir qədər qeyri-adi görünə bilər. Lakin bu, həqiqətən də belədir. Çünki bir ölkədə yaşayan insanlar həmin ölkənin nə qədər dəyişdiyini görə bilmirlər", - o bildirib.
“Hər dəfə Bakıya gələndə mən həqiqətən də böyük tərəqqinin şahidi oluram. Deyərdim ki, inanılmaz tərəqqini görürəm. Buna görə mənim dostum Sizi (Prezident İlham Əliyevi) təbrik etmək istəyirəm. Bu tərəqqiyə görə Azərbaycan vətəndaşlarını təbrik etmək istəyirəm. Mən Sizin nailiyyətlərinizə görə sevinirəm”, - Serbiya Prezidenti əlavə edib.