"İxtisas seçimində uşaqlara daha çox valideynləri təsir göstərir. Gərək valideyn uşağı dinləsin, onu duysun və bilsin ki, öz yolu var".
Missiya.Az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, yanlış ixtisas seçimini hansısa bir qadının özünə uyğun olmayan geyim geyinməsinə bənzədib.
“Sizi Allah yaradanda fiziki xüsusiyyətlər verirsə, daxildə də nəsə verir. Biz indi müəlliflik hüququ özümüzə aid metodika yaratmışıq. Həmin metodika DİM-in saytında da paylaşılacaq. İxtisas seçimində uşaqlar valideynləri ilə birgə həmin metodika ilə seçəcəyi ixtisası müəyyənləşdirə bilərlər.
Hansısa qadın özünə uyğun olmayan geyim geyinəndə biz ona gülürük. Nə olsun ki, həmin geyim dəbdədir. Görürük ki, bu, ona yaraşmır. İnsan da öz daxili aləminə uyğun olmayan peşəni seçirsə, özü günahkardır. Onu heç kim hansısa peşəni seçməyə məcbur edə bilməz. Güclə heç kimi xoşbəxt etmək mümkün deyil, lakin arzusunun arxasınca gedən insana Allah da qüvvət verir”, - DİM sədri qeyd edib.