AZ   |   RU
Türkiyə Ordusunun tanınmış terrorçunu məhv etməsinin görüntüləri yayılıb - VİDEO


Türkiyənin Milli Müdafiə Nazirliyi PKK/YPG-PYD-KCK qruplaşmasının “yüksək vəzifəlisi” “Sofi Nurettin” kod adlı terrorçu Halef əl-Məhəmmədin məhv edilməsinin görüntülərini yayıb.

Missiya.Az xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları onun İraqın şimalında gizləndiyi mağaraya zərbə endirib. 

"Sofi Nurettin"in Suriyadan İraqın şimalına keçməsi YPG/PYD-nin PKK/KCK terror qruplaşmasının Suriya qolu olduğunu bir daha təsdiqləyir", - nazirlikdən bildirilib. 

“Sofi Nurettin” 2015-2020-ci illər arasında İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub.

Bu terorçunun zərərsizləşdirilməsini əks etdirən videonu təqdim edirik:

  • 18-05-2021, 17:59