AZ   |   RU
2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək komandalar - SİYAHI

2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatı ABŞ-də baş tutacaq. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu turnir ilk dəfə olaraq 32 komanda arasında keçiriləcək.


Məlumata görə, yarış 15 iyun - 13 iyul tarixləri arasında təşkil olunacaq və ümumilikdə 63 oyun keçiriləcək.


İştirakçı ölkələr və klublar: Avropa (UEFA) – 12 klub İngiltərə: Manchester City, Chelsea İspaniya: Real Madrid, Atlético Madrid Almaniya: Bayern München, Borussia Dortmund İtaliya: Inter Milan, Juventus Fransa: Paris Saint-Germain Portuqaliya: Porto, Benfica Avstriya: Red Bull Salzburg.


Cənubi Amerika (CONMEBOL) – 6 klub Braziliya: Palmeiras, Flamengo, Fluminense, Botafogo Argentina: River Plate, Boca Juniors.


Şimali və Mərkəzi Amerika (CONCACAF) – 4 klub + ev sahibi Meksika: Monterrey, Pachuca ABŞ: Seattle Sounders, Inter Miami (ev sahibi).


Afrika (CAF) – 4 klub Misir: Əl-Əhli Mərakeş: Wydad AC Tunis: Espérance de Tunis Cənubi Afrika: Mamelodi Sundown.


Asiya (AFC) – 4 klub Səudiyyə Ərəbistanı: Əl Hilal Yaponiya: Urawa Red Diamonds BƏƏ: Al Ain Cənubi Koreya: Ulsan HD Okeaniya (OFC) – 1 klub Yeni Zelandiya: Auckland City.


Qeyd edək ki, bu turnir, əvvəlki illərdəki 7 komandalı formatdan fərqli olaraq, 32 komandanın iştirakı ilə daha geniş miqyasda keçiriləcək və hər dörd ildən bir baş tutacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • 20-05-2025, 10:13