AZ   |   RU
Şimali Koreya Yaponiyanı “güclü hərbi əməliyyat”la hədələyib
 
Şimali Koreya Yaponiyanın yeni milli müdafiə strategiyasına keçməsini pisləyib və ona qarşı “daha güclü hərbi əməliyyat” görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yaponiyanın digər ölkələrə qarşı əks-hücum siyasəti yeritməklə region üçün ciddi təhlükəsizlik təhdidləri yaratdığı bildirilib.

Yaponiya isə Şimali Koreyanı "əvvəlkindən daha ciddi və qaçılmaz təhlükə" kimi xarakterizə edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 20-12-2022, 15:27