AZ   |   RU
Hindistan Çinlə gərginliyin olduğu sərhəd bölgəsinə daha çox qoşun yeridir

“Hindistan Çinlə gərginliyin tüğyan etdiyi mübahisəli sərhəd bölgəsinə daha çox əsgər yerləşdirəcək”.

Missiya.Az
“TRT HABER”ə istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib. 

“Dehli Arunaçal Pradeş əyalətində iki ölkə arasındakı mübahisəli sərhəd bölgəsində hərbi varlığı maksimuma dərəcədə artırıb”, - deyə Jaishankar bildirib.

Cayşankar Çinin sərhəd bölgəsində status-kvonu birtərəfli qaydada dəyişməsinə icazə verməyəcəklərini vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 20-12-2022, 14:57