AZ   |   RU
“Ukraynada döyüşlər 1300 kilometrlik cəbhə xəttində davam edir”- Zelenski
 
“Ukraynada döyüşlər 1300 kilometrlik cəbhə xəttində davam edir”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski  gecə yarısı Telegram hesabında paylaşdığı videomüraciətdə deyib.

Müharibədə 99 mindən çox rus əsgərinin öldüyünü iddia edən Zelenski bu rəqəmin bir gün sonra 100 minə yaxınlaşa biləcəyini ifadə edərək, "Nə üçün? Moskvada heç kimin cavabı yoxdur və olmayacaq"-deyə bildirib.

Qeyd edək ki, Zelenski çıxışında 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılan və eyni zamanda Ukrayna vətəndaşı olan keçmiş prezident Mixail Saakaşvilinin səhhətinin pisləşdiyini iddia edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 20-12-2022, 14:53