AZ   |   RU
Köçəryan məhkəmə prosesinə gəlmədi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan səhhətindəki problemlə əlaqədar məhkəməyə gəlməyib. 

Missiya.Az
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilir ki, sabiq prezidentin vəkili Hayk Alumyan təsdiqedici sənədləri təqdim edərək, Köçəryanın səhhəti ilə bağlı təfərrüatları açıqlamaq niyyətində olduğu üçün görüşün bağlı qapılar arxasında davam etdirilməsini istəyib.

“Hakim Anna Danibekyan bununla razılaşıb və prosesdə iştirak edən şəxslərdən başqa hamının zalı tərk etməsini istəyib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Robert Köçəryan külli miqdarda rüşvət almaqda ittiham olunur.


Daşqın Həsənov
Missiya.Az


  • 20-12-2022, 14:42