"İran Azərbaycana qarşı mübarizə aparmaq üçün Ermənistana kamikadze dronlar verəcək"Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-ın Ceymstaun Fondu məlumat yayıb.
ABŞ-ın Ceymstaun Fondu bildirir ki, Türkiyə-Azərbaycan oxunun yüksəlişinə və İsrailin Qafqazda artan iştirakına qarşı çıxmaq üçün İran Ermənistana kamikadze dronlar verməyi planlaşdırır.
Beyin mərkəzi hesab edir ki, Tehran Bakını regionda öz maraqlarına uyğun addımlar atmağa inandıra bilmədiyindən Azərbaycana qarşı “məcburetmə taktika”larına əl atıb.
Tehranın Naxçıvandan Türkiyəyə uzanan Zəngəzur dəhlizi layihəsindən imtina etmək, eləcə də Təl-Əvivlə tərəfdaşlığını dayandırmaq üçün Bakıya qarşı “çəkindirmə” siyasəti əks nəticə verib.
ABŞ-ın Ceymstaun Fondu iddia edir ki, Bakının barışmazlığına cavab olaraq İran “Qafqazda sülh prosesi”ni pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana kamikadze dronlar verə bilər.
Göründüyü kimi bir müddət əvvəl Tehran Respublikasının Ermənistana tank əleyhinə raketlər hədiyyə etməsi də molla rejiminin regionda sülh istəməməsinin sübutudur. İran rejiminin dünyanın istənilən nöqtəsində mövcud olan separatçıları dəstəkləməsi mollaların iç üzünü göstərir. Nəzər salsaq görərik ki, harada münaqişə varsa SEPAH da orada, həm də separatçıların yanında. Körpələri qətl edən, yeniyetmələrə ölüm hökmü çıxaran bir rejimdən nə gözləmək olar?
Nəriman Sultanoğlu
Missiya.Az