AZ   |   RU
“Ankara Rusiya ilə Ukrayna arasında dialoqun davam etdirilməsinin tərəfdarıdır” – Hulusi Akar

“Türkiyə Rusiya və Ukraynanın danışıqlar masası arxasına oturduğu və dialoqda irəliləyişə yaxın olduqları İstanbul prosesinin davam etdirilməsinin tərəfdarıdır”. 

Missiya.Az
xəbər verir ki, bunu İtaliyanın “Il Messaggero” qəzetinə müsahibəsi zamanı Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Moskva ilə Kiyev arasındakı fikir ayrılıqlarının diplomatik yolla həlli üçün fəal səylər göstərir. Regionda və beynəlxalq arenada sülhün təmin edilməsi üçün münaqişələr dialoq yolu ilə, beynəlxalq hüquq normaları, mehriban qonşuluq prinsipləri çərçivəsində həll edilməlidir”, - deyə Akar bildirib.

“Biz səylərimizi atəşkəsə yaxınlaşmağa və tam diplomatik həllə yönəltmişik. Ankaranın prezident Ərdoğanın rəhbərliyi ilə göstərdiyi səylərin mühüm nəticələrindən biri də kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı problemlər səbəbindən bütün dünyanı təhdid edən ərzaq böhranının aradan qaldırılması oldu”, - deyə türkiyəli nazir vurğulayıb.

“Türkiyə Ukrayna xalqının iradəsinə və onun lideri Vladimir Zelenskinin qərarlarına hörmətlə yanaşır. Prezident Ərdoğanın dediyi kimi, “Müharibənin qalibi, sülhün uduzanları ola bilməz”. Silahlı münaqişə nə qədər uzun sürərsə, tərəflərin yaralarını sağaltmağı bir o qədər çətinləşəcək. Münaqişələrin uzanması digər ərazilərə yayılma riskini artırır”, - deyə Akar qeyd edib.
 
 
Daşqın Həsənov
Missiya.Az 
 


  • 20-12-2022, 14:25