“Bunu bütün açıqlığı ilə ifadə etmək istəyirəm ki, Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan torpağıdır. Qarabağ probleminin yeni bir münaqişəyə çevrilməməsi hər kəsin xeyrinədir, region ölkələri daxil, qlobal sülh üçün vacibdir”.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada Türkiyə-Fransa münasibətləri ilə əlaqədar keçirilən paneldə çıxış edərkən deyib.
Bu məsələdə rol oynayan bütün ölkələrin Azərbaycanın Qarabağ zəfərini qəbul etməsi və siyasətini dəstəkləməsi faktının vacibliyini vurğulayan Fəxrəddin Altun "Rəsmi Ankara Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyir", - deyə bildirib.
Leyla SƏMƏNDƏR
Missiya.Az