AZ   |   RU
İsrail İranın nüvə araşdırmaları ilə bağlı bəyanat yayıb
İsrailin müdafiə naziri Benni Qantz İrandakı şərtlərin təzyiqi altında hazırlanmış yeni nüvə razılaşmasına çağırıb.

Missiya.Az İsrailin “Maarif” qəzetinə istinadən xəbər verir ki, bu fikirləri Qantz İsrail hökumətinin mətbuat xidməti tərəfindən təşkil edilən Yəhudi Media Sammiti adlı illik konfransda çıxışı zamanı səsləndirib.

Qantz bildirib ki, NATO-nun Ukraynadakı koordinasiyası kimi, beynəlxalq ictimaiyyətdəki tərəfdaşları da İranla bağlı koordinasiyalı şəkildə hərəkət etməyə sövq edilməlidir.

İranın nüvə sahəsində geri dönüşü olmayan bir nöqtəyə çata biləcəyi xəbərdarlığını edən Qrantz, "İndi nüvə irəliləyişini dayandıran təkmil nüvə sazişi üçün İrana təzyiq göstərməyin vaxtıdır" deyə beynəlxalq güclərə müraciət edib.

Qantz, "İran təcavüzünə qarşı hər kəs güc tətbiq etməli və güc nümayiş etdirməlidir. İndi atılması lazım olan addım gecikmədən icra olunmalıdır" deyib.

Aqil Musa
Missiya.Az
 


  • 20-12-2022, 14:20