Belçikanın paytaxtı Brüsseldə Almaniyanın Avropa İttifaqındakı nümayəndə heyətinin ofisində Yunanıstanın baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Bura ilə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın arasında məxvi görüş keçirilib.
Missiya.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Əldə olan məlumata görə, dialoq yüksək konfidensial şəraitdə baş tutub.
Bildirilir ki, görüşdə Almaniya kanslerinin diplomatik müşaviri Yens Pletner iştirak edib.
"Tərəflər ikitərəfli münasibətləri bərpa etmək niyyətlərini ortaya qoyublar. Danışıqlar heç bir ilkin şərt qoyulmadan açıq gündəm əsasında aparılıb", - deyə məlumatda vurğulanıb.
Daşqın Həsənov
Missiya.Az