AZ   |   RU
Frankfurt aeroportunda buzlanma - 176 aviareys ləğv edildi

Almaniyanın ən böyük beynəlxalq hava limanı olan Frankfurt aeroportunun işi buzlanma səbəbindən pozulub.

Missiya.Az
xəbər verir ki, Assosiated Press agentliyinə istinadla xəbər verir ki, bazar ertəsi günü səhər saatlarında Frankfurt aeroportunda 176 aviareys ləğv edilib. Hava limanının mətbuat xidmətinin məlumatına görə, bu günə ümumilikdə təxminən 1,1 min uçuş planlaşdırılır.

Yeni ləğvetmə və gecikmə halları istisna olunmur. Səyahətçilərə uçuşların statusunu əvvəlcədən öyrənmək tövsiyə edilir.

Aeroportun mətbuat xidməti, eyni zamanda, bildirib ki, hələlik uçuşların tam dayandırılması nəzərdə tutulmur.

Zərintac MAYİSQIZI 
Missiya.Az 


  • 19-12-2022, 19:23