Yanvar və fevral aylarında ölkədə qaz qıtlığının ola biləcəyinə dair xəbərdarlıq edilib.
Missiya.Az “Süddeutsche” qəzetinə istinadən xəbər verir ki, bu barədə Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller məlumat yayıb.
Klaus, deyib ki, Almaniya hökuməti Norveçdən daha çox qaz almaq və Belçika və Hollandiyadan boru kəmərləri vasitəsilə idxalı artırmaqla təbii qaz təchizatı mənbələrini diversifikasiya etməyə çalışır.
Lakin Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyi yeni illə birlikdə ölkədə böhranın olacağını bildirir.
Müller, həmçinin ki-üç həftə sonra qaz istehlakı ilə bağlı həyəcan təbili çalmağa ehtiyac olmadığını, ancaq yanvar və fevral aylarında vəziyyətin bu şəkildə davam edə bilməyəcəyini vurğulayıb.
Yanvar və fevral aylarının dekabrdan daha soyuq olduğuna diqqət çəkən Müller, bu aylarda qazın sürətlə tükənə biləcəyi xəbərdarlığını da edib.
Zərintac MAYİSQIZI
Missiya.Az