AZ   |   RU
Kürdə meyit tapılıb

Şirvanda Kür çayından qadın meyiti tapılıb.

Missiya.Az
APA-ya istinadla xəbər verir ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib.

Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.

Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.


  • 19-12-2022, 18:55