Daxili İşlər Nazirliyini gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da baş verən kütləvi dava ilə bağlı açıqlama verib.
Missiya. Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru
Anar Qafarov bildirib ki, hadisə ilə bağlı saxlanılan şəxslər ərazi üzrə Polis Bölməsinə aparılıblar:
“Araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı toplanan materiallara hüquqi qiymətin verilməsi üçün iş məhkəməyə göndəriləcək”.
Hadisə zamanı hər üç şəxs sərxoş olub və dalaşıblar. Əraziyə polis cəlb edilib. Bu zaman onlar polisə müqavimət göstəriblər.