AZ   |   RU
Abşeronda şəhidlər yad edildi - FOTOLAR
Vətən Müharbəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş abşeronlu Vətən Müharibəsi şəhidləri anım və doğulduqları günlərdə yad edilib. 

Missiya.Az
xəbər verir ki, şəhidlər– Babək Allahverdiyev, Sahib Musayev, Zaur Dövlətov, Anar Bahadurov, Daşdəmir Paşayev, Rasim Abdullayev, Elçin Həsənli, Tural Məmmədov, Ələsgər Cavadov, Bəhmən Verdiyev, İsmayıl Qəsəbov, Rüfət Şabanov, Nurid Abdullayev, Əmrah Səfərli, Vüsal Tahirov, Rüfət Şabanov, Cavanşir Əhmədov, Seymur Bədəlov, Hacızadə Rzayev, Emil Mayılov, Elmir Həsənov, Nicat Salahov, İsmayıl Qasımov, İsmayıl Mehdiyevin anım günləri, o cümlədən Zaur Mədətov, Gülverdi Qasımov, İsmayıl Kərimov, Tofiq Həsənov, İlkin Məmmədov, Emil Əhmədov, Ayaz İmanzadə, Emil Abduləzimli, Firuz Əhmədov, Vüsal Məhərrəmov, Elvin Əlimərdanovun doğum günləri qeyd olunub. 

Anım tədbirlərində və görüşlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət etmiş, qəhrəmanlarımız ehtiramla anılıb. 

Görüşlərdə, eləcə də keçirilən anım tədbirlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarları ilə düşmən üzərində qazanılan qələbədən, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq işlərindən danışılmış, soydaşlarımızın öz dədə-baba yerlərinə hissə-hissə qayıtdığı vurğulanıb. 

Respublikamızda, eləcə də Abşeron rayonunda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyi və bu diqqətin bundan sonra da davamlı olaraq göstəriləcəyi qeyd edilib. 

Şəhid ailələri və qazilər də həyatlarının hər bir anında dövlətin diqqət və qayğısını hiss etdiklərini bildirərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.


  • 17-12-2022, 16:42