AZ   |   RU
Türkiyədə ilk dəfə səsdən iti sürətli raketin sınağı keçirilib - VİDEO

Türkiyədə ilk dəfə “Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.

Missiya.Az “Roketsan” şirkətinə istinadən xəbər verir ki, Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 km məsafədən hədəfi uğurla vurub.

Şirkətin məlumatına görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 km yüksəklikdən həyata keçirilib.

Raketin uçuş məsafəsi 20 ilə 150 km arasındadır.

Aqil Musa
Missiya.Az


  • 17-12-2022, 12:30