AZ   |   RU
"Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq" - Lukaşenko

“Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Minsk-Moskva əməkdaşlığına dair müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Belarusda üsyan cəhdindən bir müddət sonra Rusiya ilə yaxınlaşma istiqamətində seçilmiş kursun düzgünlüyünü təsdiq etmək olar. "Bu proqramlar heç bir halda nə Belarusun, nə də Rusiyanın müstəqilliyinə, suverenliyinə təsir etmir", - deyə Lukaşenko bildirib.

“Bütün çətinliklərə baxmayaraq, Rusiya bizi suveren və müstəqil dövlət kimi qəbul edib, münasibətlər qurmaq istəyirsə Minsk buna hazırdır. Lakin biz həmişə suveren və müstəqil dövlət olduğumuzdan çıxış etməliyik”, - deyə Belarus lideri vurğulayıb.

“Dekabrın 19-da Minskdə Rusiya prezidenti Vladimir Putinlə danışıqların gedişində ilk növbədə strateji xarakterli, xüsusən də iqtisadi sahədə məsələlər müzakirə olunacaq. Minsk və Moskvaya qarşı sanksiyalar tətbiq olunmazdan əvvəl ruslar belarusların nəyə qadir olduğunu və Belarusun necə yüksək texnologiyalı ölkə olduğunu bilmirdilər. Sanksiyalar təsir edəndə ruslar ilk növbədə bəzi situasiyalardan çıxış yolu axtarmalı olanda gördülər ki, Belarus yüksək texnologiyalı ölkədir. Ölkəmiz bu gün həyat üçün lazım olan hər şeyi istehsal edir. Əgər istehsal etmirsə, o zaman iki-üç ay, yarım il ərzində istehsal edə bilər”, - deyə Lukaşenko qeyd edib.
 

Daşqın Həsənov
Missiya.Az


  • 16-12-2022, 17:53