AZ   |   RU
Azərbaycanda 3,9 maqnitudada zəlzələ olub
Azərbaycanda 3,9 maqnitudada zəlzələ olub

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 km cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.

  • 15-12-2022, 23:43