AZ   |   RU
Hacıqabulda iki azyaşlı yanıq xəsarətləri alıb
Hacıqabulda iki azyaşlı yanıq xəsarətləri alıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Həmid Həmidov küçəsi 159 ünvanında yerləşən evdə qeydə alınıb.

Həmin ünvanda yaşayan və valıdeynlərinin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü İsmayılova Məleykə Alik qızı, qardaşı, 2019-cu il təvəllüdlü İsmayılov Əkbər Alik oğlunun üstünə çaydandan qaynar su tökülüb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan bacı-qardaş Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

  • 15-12-2022, 22:03