"Bu gün hava həyəcanı siqnalları artıq səhər saat altıya qalmış səsləndi və təxminən üç saat davam etdi. Kiyev şəhəri və ümumilikdə vilayət ərazisi “Şahed” pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba bildirib.
Onun sözlərinə görə, kamikadze-dronların hamısı məhv edilib: "Kiyev vilayəti və şəhər üzərində 10 PUA-nın hərəkəti qeydə alınıb, heç bir kritik infrastruktur obyektinə ziyan dəyməyib. Kiyev vilayətinin Buça rayonunda binalardan birinə zərərsizləşdirilən dronun qalıqları düşüb və dağıntılara səbəb olub. Ekspertlər artıq ərazidədir, onlar bu binada ekspertiza aparır və tez və peşəkar şəkildə hücumdan zərər çəkənlərə kömək etmək üçün plan hazırlayacaqlar".
O.Kuleba deyib ki, elektrik enerjisi təminatı ilə bağlı vəziyyət stabilləşir: "Düzdür, raket hücumları ilə bağlı təhdidlər qalır. Yəqin ki, insanların əksəriyyəti bu vəziyyətə öyrəşib. Bununla belə, hər dəfə hava həyəcanı veriləndə sığınacaqlar girməyi məsləhət görürəm. Özünüzün, qohum-qonşularınızın qayğısına qalın. Bizə hər bir Ukrayna həyatı lazımdır, vacibdir".