AZ   |   RU
Ərdoğanın Türkmənistana səfəri başa çatıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri başa çatıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin sammitində iştirak edib, həmçinin türkdilli dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirib.

Bildirilir ki, Türkmənbaşı Beynəlxalq Hava Limanında Ərdoğanı Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral və digər rəsmi şəxslər yola salıblar.


Daşqın Həsənov
Missiya.Az


  • 14-12-2022, 18:45