Çinin Sakit okeanda hərbi təsirini artırması və Şimali Koreyanın nüvə təhdidləri qarşısında ABŞ regional ittifaqlarını gücləndirir.
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cənubi Koreyada yerləşən “Amerika Qüvvələri Koreya” tərkibində ABŞ Kosmik Qüvvələri Koreya Komandanlığı yaradılıb.
Bu məqsədlə keçirilən mərasimdə çıxış edən USFK komandiri Pol LaKamera yeni komandanlığın ABŞ-ın müdafiə qabiliyyətini artıracağını bildirib.
"Komandanlıq Koreya yarımadası və Şimal-Şərqi Asiya təhlükəsizliyi təmin edəcək. Seul sayəsində ABŞ Kosmik Qüvvələri ittifaqın bir çox sahəsinə və Koreya əməliyyat sahəsinə təsir edə biləcək əməliyyatları daha yaxşı həyata keçirəcək" -, deyə LaKamera vurğulayıb.
LeylaSƏMƏNDƏR
Missiya.Az