AZ   |   RU
Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri iranlı məhbusların ailələri ilə görüşüb

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri iranlı məhbusların ailələri ilə görüşüb.

Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İran hökumətinin azadlıqsevərə qarşı həbsləri davam etdirməsini pisləyərək mətbuat konfransında fars rejiminin repressiyasından əziyyət çəkmiş ailələrlə görüşdüyünü bildirib.

Ceyk Sallivan Zoom proqramı, üz-üzə görüşlər və telefon danışıqları vasitəsilə İranda ailə üzvlərinin ədalətsiz və qanunsuz həbsindən şəxsən hiddətlənən bir çox insanlarla əlaqə saxladığını deyib.

Bu məsələlərlə milli təhlükəsizlik müşaviri kimi bir başa əlaqədar olduğunu deyən Sallivan onlarla, hətta yüzlərlə saatlarını bu işlərə sərf etdiyini, bu ailələrlə görüşlərinə davam edəcəyini bildirib.

Aqil Musa
Missiya.Az

  • 14-12-2022, 12:59