ABŞ Əfqanıstan Mərkəzi Bankından 7 milyard dollar ələ keçirdiyini etiraf edib.
Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik qurumunun istefada olan general-leytenantı Duqlas Lute məlumat yayıb.
"Biz əfqan müttəfiqlərimizlə qarşımıza qoyduğumuz hədəflərə çata bilmədik. Əgər hədəflərinizə çatmırsınızsa, siz uğursuzsunuz”, - deyə amerikalı general bildirib.
"ABŞ qurumlarının əlində Əfqanıstan Mərkəzi Bankına aid təxminən 7 milyard dollarlıq aktivlər dondurulub. ABŞ keçən il neytral mexanizm yaratmaq üçün çox çalışıb
.Bu mexanizmin işləməsi çox vacibdir. ABŞ üçün problem odur ki, bu təşkilatlar həmin pulların Talibana deyil, Əfqan xalqına qaytarılmasını istəyirlər. Hazırda müzakirə olunan mexanizmin məqsədi budur”, - deyə Lute vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az