AZ   |   RU
10 PUA vuruldu- Ukrayna elan etdi

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko səhər saatlarında şəhər və ətraf ərazilərdə 10 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Kliçko öz teleqram hesabında məlumat verib.

Kiyev meri "Hava Hücumundan Müdafiə Qüvvələri Kiyev vilayətində və paytaxt üzərində ümumilikdə 10 Şahed pilotsuz təyyarəsini vurub" deyə bildirib.

Səhər tezdən Kliçko paytaxtın Şevçenkivski rayonunda partlayışlar olduğunu, saat daha sonra isə isə Kiyevdə partlayış səslərinin eşidildiyini açıqlayıb.

Aqil Musa

Missiya.Az



  • 14-12-2022, 12:34