AZ   |   RU
Rusiya Kiyevi İran dronları ilə vurdu

Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevi kamikadze dronları ilə bombalayıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə “UNİAN” saytı məlumat yayıb.

Bildirilir ki, hava hücumundan müdafiə sistemi Kiyev vilayətində və paytaxtın ətraf ərazilərində ümumilikdə 10 “Şahed” dronunu zərərsizləşdirib.

“Bu gün səhər saatlarından etibarən Kiyev, Jitomir və Vinnitsa vilayətlərində hava həyəcanı elan edilib”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.


Daşqın Həsənov
Missiya.Az


  • 14-12-2022, 12:24