AZ   |   RU
Xankəndidə böhran yaşanır - Benzin, dizel və maye qaz da tükəndi

Xankəndidə benzin, dizel yanacağı, maye və sıxılmış qaz böhranı yaranıb. 

Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb Azərbaycanın vətəndaş cəmiyyəti institutları tərəfindən Laçın yolunda təşkil olunmuş aksiyasıdır. 

Məlumata görə, yaranmış kritik vəziyyətə görə separatçı rejim şəxsi avtomobillərə yanacaq satışını dayandırıb. Yanacaqdoldurma məntəqələri hazırda ancaq təcili yardım, ictimai nəqliyyat və polis avtomobillərinə xidmət göstərirlər. Vətəndaşlara çağırış edilib ki, böhran vəziyyəti ilə əlaqədar yalnız  ictimai nəqliyyatdan istifadə olunmalıdır.
 
Elcan
Missiya.Az


  • 14-12-2022, 12:15